EN

Azərbaycanda vəkillərin sayı açıqlandı

"Son illər ərzində vəkillik institutu davamlı şəkildə inkişaf edir, vəkillərin sayı artır. Bu gün andiçmə mərasimindən sonra ölkədə 2836 vəkil fəaliyyət göstərir və gələn il bu rəqəmin 3000-i ötəcəyi gözlənilir".

Teleqraf xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.

"Vəkillərimiz yalnız Bakıda deyil, regionlarımızda da fəaliyyət göstərəcəklər. Vəkillik peşəsinə maraq çox böyükdür. Gəncə şəhərində Vəkillər Kollegiyasının regional vəkil bürosu istifadəyə verilib. Eyni zamanda Bakıda “Vəkil evi”nin tikintisi davam edir və gələn il ictimaiyyətə təqdim olunması nəzərdə tutulur", - deyə o, əlavə edib.

Chosen
59
1
teleqraf.com

2Sources