EN

Anar Bağırov: 60 yeni vəkilin and içməsindən sonra Azərbaycanda vəkillərin ümumi sayı 2836 nəfərə çatır

Bakı, 27 dekabr, AZƏRTAC

Bu gün vəkillik institutunun gələcəyini formalaşdıran mühüm bir mərhələnin şahidiyik. 60 yeni vəkilin and içməsi ilə Azərbaycanda vəkillərin ümumi sayı 2 min 836 nəfərə çatır.

AZƏRTAC xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov 28 Dekabr - Vəkil Günü peşə bayramı münasibətilə Vəkillər Kollegiyasının (VK) üzvlüyünə yeni qəbul olunan vəkillərin təntənəli andiçmə mərasimində çıxış edərkən deyib.

A.Bağırov qeyd edib ki, onlardan qadın vəkillərin sayı 633, kişi vəkillərin sayı isə 2 min 203 nəfərdir. Ümumilikdə, 2025-ci ildə keçirilmiş test imtahanlarında 823 namizəd iştirak edib və onlardan 420 nəfəri uğur qazanıb.

 

Chosen
49
6
azertag.az

10Sources