BAKI, 27 dekabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp onun razılığı olmadan irəli sürülən sülh planının heç bir məna kəsb etməyəcəyi barədə ukraynalı həmkarı Volodimir Zelenskiyə xəbərdarlıq edib.
Teleqraf xəbər verir ki, “The Daily Express” belə məlumat yayıb.
Ukrayna lideri bundan əvvəl Kiyevin üzərində işlədiyi sülh planının 90 faizinin hazır olduğunu açıqlayıb.
Nəşrin yazdığına görə, Tramp bu gün ABŞ-də Zelenski ilə keçiriləcək görüşdən əvvəl onun bu planını dəstəkləmək istəmir.
Donald Trampın özü də dekabrın 26-da “Politico”ya verdiyi müsahibədə bəyan etmişdi ki, Volodimir Zelenskinin sülh planı onun təsdiqi olmadan heç nə ifadə etmir.