EN

Kenan Yıldız yeni müqavilə üçün “Yuventus”un qarşısına şərt qoydu

Kenan Yıldız “Yuventus”un ona təqdim etdiyi yeni müqavilə təklifinə cavab verib.

Fanat.Az xəbər verir ki, gənc futbolçu klubla müqavilə müddətini uzatmağa hazır olduğunu bildirib.

Lakin o, yeni anlaşma üçün mühüm bir şərt irəli sürüb.

Kenan “Yuventus”da ən yüksək maaş alan futbolçu olmaq istədiyini rəhbərliyə çatdırıb. Onun bu tələbi klub daxilində ciddi müzakirələrə səbəb olub. “Yuventus” rəhbərliyi gənc ulduzun artan performansını və gələcək potensialını nəzərə alaraq vəziyyəti dəyərləndirir.

İtaliya mətbuatının yaydığı məlumata görə, tərəflər arasında danışıqlar hələlik davam edir. Klubun Kenan Yıldızın istəklərinə necə cavab verəcəyi yaxın günlərdə bəlli olacaq.

Chosen
9
1
fanat.az

2Sources