Bakı. Trend:
Bu həftə ərzində "Azeri Light CIF", "Azeri Light FOB Ceyhan" və"Dated Brent" markalı neftin orta qiymətləri artıb.
Trend xəbər verir ki, Azərbaycanda“Azəri–Çıraq–Günəşli” yatağında hasil edilən "Azeri Light CIF"markalı neftin orta qiyməti ötən həftə ilə müqayisədə 2.62 ABŞdolları və ya 4,1 faiz artaraq bir barel üçün 66.16 ABŞ dollarıtəşkil edib.
Həftə ərzində ən yüksək qiymət bir barel üçün 66.62 ABŞ dolları,minimal qiymət isə 65.71 ABŞ dolları olub.
Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalıneftin orta qiyməti bir barel üçün 64.04 ABŞ dolları təşkil edibki, bu da ötən həftə ilə müqayisədə 2.62 ABŞ dolları və ya 4.3 faizçoxdur. Həftə ərzində maksimal qiymət 64.53 ABŞ dolları, minimalqiymət isə 63.64 ABŞ dolları olub.
"Urals" markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə2.13 ABŞ dolları və ya 6.7 faiz artaraq bir barel üçün 34,14 ABŞdolları səviyyəsində olub. Həftə ərzində ən yüksək qiymət 34.62 ABŞdolları, minimal qiymət isə 33.66 ABŞ dolları təşkil edib.
"Dated Brent" markalı neftin orta qiyməti bir barel üçün 63,02ABŞ dolları olub ki, bu da əvvəlki həftə ilə müqayisədə 2.11 ABŞdolları və ya 2,8 faiz çoxdur. Həftə ərzində bu markalı neftinmaksimal qiyməti 63.52 ABŞ dolları, minimal qiyməti isə 62.46 ABŞdolları təşkil edib.
Neft / tarix | 22.12.2025 | 23.12.2025 | 24.12.2025 | 25.12.2025 | 26.12.2025 | Orta qiymət |
Azeri LT CIF | $65.71 | $66.14 | $66.62 | - | - | $66,16 |
Azeri Light FOB Ceyhan | $63.64 | $64.07 | $64.53 | - | - | $64,08 |
Urals (EX NOVO) | $33.66 | $34.13 | $34.62 | - | - | $34,14 |
Dated Brent | $62.46 | $63.07 | $63.52 | - | - | $63,02 |
Qeyd edək ki, 25-26 dekabr Böyük Britaniyada qeyri-iş günləri(Milad bayramı ilə əlaqədar) olunduğundan, həmin tarixlər üzrəgöstəricilər dərc olunmayıb.