EN

Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək

17 yaşadək futbolçular arasında növbəti UEFA İnkişaf Turniri Rusiyada, 16 yaşlılar arasında isə Qazaxıstanda keçiriləcək.

Fanat.Az xəbər verir ki, bunu "Match TV"-yə Rusiya Futbol İttifaqının baş katibi Maksim Mitrofanov deyib.

Qurum funksioneri 17 yaşadək futbolçular arasında keçiriləcək yarışın 2026-cı ilin mart ayında Soçidə keçiriləcəyini açıqlayıb.

O, U-16 UEFA İnkişaf Turnirinin isə 2026-cı ilin aprel ayında Qazaxıstanda baş tutacağını, yarışa meydan sahibləri və Rusiya ilə yanaşı, Azərbaycanın, o cümlədən hələ adının müəyyənləşmə mərhələsində olduğu dördüncü komandanın iştirak edəcəyini bildirib.

Rusiya U-17-lər arasında 2023, 2024 və 2025-ci illərdə də də UEFA-nın İnkişaf Turnirlərinə ev sahibliyi edib.

Chosen
9
1
fanat.az

2Sources