EN

Rusiyadan Kiyevə raket və dronlarla irimiqyaslı hücum - ölən və yaralananlar var...


Rusiya qüvvələri gecə ərzində Kiyevə raketlər və dronlarla irimiqyaslı hücum həyata keçirib. Hücum nəticəsində azı bir nəfər həlak olub, 19 nəfər isə yaralanıb.

Kiyev şəhərinin meri Vitali Kliçkonun dediyinə görə, müxtəlif xəsarətlər alan 11 nəfər xəstəxanalara yerləşdirilib. Onların arasında iki azyaşlı da var.

Kliçkonun sözlərinə görə, Rusiyanın zərbələri nəticəsində şəhərdə 2500-dən çox ev, 187 uşaq bağçası, 138 məktəb və digər müəssisələri istiliklə təmin edən mərkəzləşdirilmiş istilik sistemi sıradan çıxıb.

Qeyd edək ki, 26 dekabrda, gecə saatlarında Rusiyanın Kiyevə endirdiyi kombinə edilmiş hücum nəticəsində paytaxtın bir neçə rayonunda ən azı üç çoxmərtəbəli binada yanğın baş verib.

TAHİR

Chosen
19
baki-xeber.com

1Sources