“Məni dövlət orqanlarında, o cümlədən Gömrük Komitəsində ciddi narahat edən bir vəziyyət var. Sistemdə elə bir mexanizm formalaşıb ki, bir pillə yuxarıda dayanan rəhbər, sanki yalnız təzyiq göstərmək yolu ilə nəticə əldə etməyi üstün tutur”.
Bunu Ajans.az-a açıqlamasında millət vəkili Razi Nurullayev deyib. Onun sözlərinə görə, aşağıda çalışan əməkdaş daim izahat vermək, səhv axtarışına cavab tapmaq və qorxu ilə işləmək məcburiyyətində qalır:Deputat qeyd edib ki, bu yanaşma kökündən dəyişməlidir:
“Dövlət orqanlarında intizam olmalıdır, amma dəhşətli qorxu atmosferi yox. İşçiyə etimad, ədalətli qiymətləndirmə və normal iş şəraiti yaradılmadan heç bir islahat real nəticə verməyəcək. İdarəetmə mədəniyyəti dəyişməsə, struktur islahatlarının da effekti yarımçıq qalacaq”.