Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Naxçıvan, 27 dekabr, AZƏRTAC
Dekabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə Məhəmməd Füzuli adına Ordubad şəhər tam orta internat məktəbində təhsil alan xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Yeni il şənliyi təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra bayram süfrəsi ətrafında şagirdlərlə söhbət edilib, onların sevinc dolu anlar yaşaması üçün “Şaxta baba” və digər müxtəlif əyləncəli obrazların iştirakı ilə maraqlı, rəngarəng proqramlar nümayiş olunub. Şənlik zamanı məktəbin şagirdləri tərəfindən rəqs nömrəsi təqdim olunub, mahnı səsləndirilib.
Sonda 58 şagirdə bayram hədiyyələri təqdim edilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.