EN

Astarada fəhlə iş yerində qəfil HƏYATINI İTİRİB

Astara şəhərində 51 yaşlı fəhlə iş yerində dünyasını dəyişib

Astara rayonunda ölüm hadisəsi qeydə alınıb. Şəhər ərazisində çalışan günəmuzd fəhlə iş vaxtı qəfil səhhətində yaranan problem səbəbindən huşunu itirib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 1974-cü il təvəllüdlü Möhübbət Mirzəhəsən oğlu Gülhəsənova ətrafda olan şəxslər tərəfindən ilkin yardım göstərilərək Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin tibbi müdaxilələr nəticə verməyib və onun həyatını xilas etmək mümkün olmayıb.
 

Mərhumun cəsədi ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə göndərilib.


Hadisə ilə əlaqədar Astara rayon prokurorluğu tərəfindən araşdırma aparılır. Ölümün səbəbi ekspertiza rəyindən sonra dəqiqləşəcək.

Sabutay Nağı, Bizim.Media, Cənub bürosu

Chosen
15
2
bizim.media

3Sources