EN

Xaricdə təhsil şirkətləri gəncləri belə aldadır – XƏBƏRDARLIQ

“Əksər hallarda gənclər doğru seçim etməkdə çətinlik çəkirlər. Bəzi hallarda xaricdə təhsil adı ilə fəaliyyət göstərən və bu istiqamətdə xidmətlər təklif edən şirkətlər tərəfindən gənclərin aldadılması halları olur. Nəticədə həmin şəxslər həm zamanlarını, həm maliyyə vəsaitlərini itirirlər. Bu cür universitetlər daha çox attestatla qəbul həyata keçirirlər. Bura müraciət edən gənclər hazırlıqlı olmalıdır. Başa düşməlidir ki, gedib 4 il zamanını xərcləyəcək və sonda diplomu tanınmayacaqsa, deməli, düzgün seçim etməlidir”. Bunu Ajans.az-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib. O bildirib ki, Azərbaycanda bu cür xidmətlər təklif edən xeyli sayda şirkətlər var: “Bu şirkətlər bildirirlər ki, biz qazancımızdan vergi veririk və fəaliyyətimizdə bir pozuntu yoxdur. Amma pozuntu odur ki, insanların aldadılması cəhdləri mövcuddur. Bilgili gənclər və valideynlər bu barədə düzgün qərar verə bilirlər, amma hamının bu sahəyə aid bilgiləri yoxdur”. Ekspertin sözlərinə görə, gənclər seçim edərkən mütləq öyrənməlidirlər ki, həmin ali təhsil müəssisəsinin universitet kimi akkreditasiyası var, ya yox: “Universitet adı altında insanların zamanını və pulunu alıb, qarşılığında normal təhsil vermirlər — belə hallar var. Mütləq araşdırma aparılmalıdır. 

Attestatla qəbul aparan universitetlər daha çox Rusiyada, Ukraynada, Türkiyədədir. Elə MMC-lər var ki, adı universitetdir, özü yox. Hətta elə hallar olur ki, tələbə Gürcüstanda gürcü dilində oxuyub, amma gürcü dilini bilmir, rus dilində təhsil alıb, amma o dili bilmir. Deməli, bu təhsil keçərli deyil. Zamanı boşa verməkdənsə, gedib hansısa peşəyə yiyələnsələr, ondan yaxşıdır”.

Chosen
46
Ajans.az

1Sources