EN

Putin Əsəddən necə imtina edib? - Detallar

Suriyada Əsəd rejiminin devrilməsi və yeni hökumətin qurulmasından sonra uzun illər rejimi ayaqda saxlamağa çalışan Rusiyanın Əsədə dəstəyini necə kəsdiyi və ondan imtina etdiyi sualı maraq doğurub.

Moderator.az xəbər verir ki, Suriya xarici işlər naziri Əsəd əş-Şeybani məsələ ilə bağlı Səudiyyə Ərəbistanı mediasına açıqlama verib.

XİN başçısı Əl-Bab hava sərhəd-keçid məntəqəsində Rusiya rəsmisi ilə üzbəüz görüşdüklərini və bu görüşdən sonra hər şeyin dəyişdiyini bildirib.

O əlavə edib ki, həmin rəsmi şəxs onlara "Putin bəyanatı oxudu və bəyəndi. Biz mesajı aldıq və bunun nə demək olduğunu anladıq" deyib:

“Həmin görüşdə Suriya tərəfi zəfər əldə edən mövqedə deyildi. Ancaq biz Suriya xalqıyıq və dəyişikliyi seçmişik. Rusiyanın rejimlə ittifaqı səhv idi, lakin səhvlər düzəldilə bilər. Bu mövqe nəzərdən keçirilə bilər, əməkdaşlıq yenidən bərpa oluna bilər. Ancaq etibarsız rejimlə deyil, bir xalqla. Biz bu mesajı Rusiya tərəfinə çatdırdıq”.

Şeybani rusların Əsədə dəstəkdən imtina etməsini belə izah edib:

“Ruslara bildirildi ki, onlar Suriya xalqına xidmət etməsi qarşılığında ölkədəki hərbi varlığını davam etdirə biləcəklər. Eyni zamanda vurğuladıq ki, Bəşər Əsədi devirmək Rusiyanın Suriyanı tərk etməsi anlamına gəlmir. Əsas ifadə aydın və birmənalı idi: "Gələcəyinizi Bəşərə bağlamayın. O, müvəqqətidir. Sizin qura biləcəyiniz bir hökumət var. Bundan sonra ruslar Əsəd rejiminə dəstək verməkdən imtina etdilər”.

XİN başçısı qeyd edib ki, ruslar onlardan Dəməşqə hansı vaxta kimi çata biləcəklərini də soruşublar:

“Mən 48 saata dedim. Bundan sonra onlar Dəməşqdən çıxmağa başladı. Onları kim gördü? Bəşərin adamları. Bu, onların süqutuna səbəb oldu”.

Chosen
57
4
moderator.az

5Sources