EN

CNN: Avropa Zelenski Tramp görüşünün proqnozlaşdırılmayan nəticələrindən ehtiyat edir

Qaynarinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Avropalı rəsmi şəxslər qeyri-rəsmi şəkildə ABŞ və Ukrayna prezidentlərinin bu bazar günü baş tutacaq görüşündən müsbət nəticə gözləsələr də, eyni zamanda ən gözlənilməz senarilərə hazırlaşırlar.

Qaynarinfo xəbər verir ki, bu barədə CNN-in materialında olunur. 

Telekanalın həmsöhbət olduğu amerikalı və avropalı rəsmilərin sözlərinə görə, Volodimir Zelenski və Donald Trampın bazar günü keçiriləcək görüşündə Avropa liderlərinin iştirakı gözlənilmir.

Telekanalın avropalı mənbələri həmçinin bildiriblər ki, ukraynalılar artıq bir neçə aydır Ukrayna və ABŞ liderləri səviyyəsində danışıqların aparılmasına çağırış edirdilər.

Ümid və risklər nələrdir?

CNN yazır ki, Avropada görüşün müsbət nəticələnəcəyi gözlənilir, çünki ABŞ və Ukrayna arasındakı hazırkı münasibətlərin dinamikası məhsuldar hesab olunur. Lakin buna baxmayaraq, tərəflər etiraf edirlər ki, Trampla keçirilən istənilən görüşün nəticəsi proqnozlaşdırıla bilməz.

"Tramp ilə "aşağı riskli” senarilər mövcud deyil", deyə NATO rəsmilərindən biri CNN-ə bildirib.

Telekanalın amerikalı həmsöhbətləri ümidvar olduqlarını bildiriblər ki, amerikalı və ukraynalı danışıq nümayəndələrinin bir həftəlik intensiv səylərindən sonra Tramp və Zelenski görüşü məhsuldar keçəcək.

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski bazar günü, 28 dekabrda amerikalı həmkarı Donald Tramp ilə görüşəcəyini təsdiqləyib.

Tramp isə "Politico”ya müsahibəsində görüşün "yaxşı keçəcəyini" gözlədiyini bildirsə də, eyni zamanda xəbərdarlıq edib: "Mən təsdiq etməyənə qədər Zelenskinin əlində heç nə yoxdur".

Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
15
qaynarinfo.az

1Sources