EN

Gümüş 78 dolları keçdi

ain.az, Yeniavaz saytına istinadən bildirir.

Gümüşün qiyməti bütün dövrlər üçün ən yüksək həddinə çatıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Comex” birjası (Nyu-York Ticarət Birjasının bölməsi) məlumat yayıb.

Ticarət platformasından verilən məlumata görə, gümüşün qiyməti tarixi maksimumunu yeniləyərək, bir troy unsiyası üçün 78 dolları keçib.

Bakı vaxtı ilə saat 23:17-ə olan məlumata görə, qiymətli metalın qiyməti 8,86% artaraq 1 troy unsiyası üçün 78,035 dollara çatıb.

Bakı vaxtı ilə saat 23:30-a olan məlumata görə isə, gümüşün qiyməti artımını ləngidərək, 77,87 (8,63%) dollar təşkil edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
32
1
yeniavaz.com

9Sources