EN

Özgür Özəldən “Prezidentliyə namizədlik” açıqlaması

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

CHP-nin (Cumhuriyet Halk Partisi) Prezidentliyə Namizəd Ofisindən Əkrəm İmamoğlunun rəsminin çıxarılması Özgür Özəlin namizədliyi ilə bağlı iddiaları gündəmə gətirib.

“Cebheinfo.az” xəbər verir ki, CHP sədri prezidentliyə namizədliklə bağlı məsələyə aydınlıq gətirib.

“Deyilənə görə, Rəcəb Tayyib Ərdoğan qarşı namizəd olaraq sizi istəyir” sualına cavabında Özgür Özəl deyib ki, onsuz da mən Ərdoğanın qarşısındayam:

“O, ikinci ən böyük partiya olan AK Partiyanın lideridir. Mən isə ən birinci partiyanın lideriyəm. Hazırda mənim namizədim Əkrəm İmamoğludur. Ərdoğanın namizədini eşitmək istərdim. Biz artıq Ərdoğanla qarşılaşırıq. Seçkilərdə yarışacağıq. Prezidentliyə namizədimiz kim olacaq? Qoy, Ərdoğan bunu elan etsin. Bu böyük ədalətsizliyə baxmayaraq, bizim namizədimiz Əkrəm İmamoğludur.

Əgər diplom məsələsini geridə qoysaq, mənim namizədim hazırdır. Əgər diplomla bağlı buna mane olmağa çalışsa, CHP öz namizədini müəyyən edəcək. Biz onu məğlub edə biləcək bir namizəd müəyyən edəcəyik. Əvvəldən prezidentliyə namizəd olmaq üçün heç bir iddiam və ya niyyətim olmayıb. Amma CHP-nin namizədi Ərdoğanı məğlub edəcək qədər güclü olacaq”.

Müşfiq Abdulla

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
44
cebheinfo.az

1Sources