EN

ABŞ-nin daha bir ştatında sosial mediada xəbərdarlıq etiketləri tələbi qoyulur

Bakı. Trend:

Nyu-Yorkda sosial media platformalarına psixi sağlamlıqla bağlıxəbərdarlıq etiketləri tələb olunacaq.

Trend bubarədə xarici KİV-ə istinadən xəbər verir.

Nyu-York ştatında qəbul edilən yeni qanuna əsasən, avtomatikoynatma və alqoritmik lentlər kimi xüsusiyyətlərə malik sosialmedia platformaları gənc istifadəçilərin psixi sağlamlığınapotensial zərəri barədə xəbərdarlıq etiketləri təqdim etməlidir.Dünən imzalanan qanunla “asılılıq yaradan” xüsusiyyətlərə qarşıxəbərdarlıq tələb olunur.

Qanunda qeyd olunur: “Tədqiqatlar göstərir ki, sosial media ilətəmas beyindəki mükafat mərkəzlərini həddindən artıq stimullaşdırırvə bu da maddə asılılığı və ya qumar vərdişləri ilə müqayisə olunabiləcək neyroloji yollar yaradır”.

Qanun qüvvəyə mindikdən sonra sosial media platformalarıqaydaları pozarsa, ştatın baş prokuroru hər pozuntuya görə 5 mindollara qədər mülki cərimə tələb edə biləcək.

TikTok, Snap, Meta və Alphabet şirkətləri hələlik yeni qanunlabağlı rəsmi açıqlama yaymayıb.

Bu təşəbbüslə Nyu-York, Kaliforniya və Minnesota kimi sosialmedia ilə bağlı oxşar qanunları olan digər ABŞ ştatlarına qoşulmuşolur.

Chosen
13
2
az.trend.az

3Sources