EN

İsrail bu ölkənin müstəqilliyini tanıdı: ABŞ da tanıyacaq?

ABŞ olaraq Somaliləndin (Afrika qitəsində Afrika Buynuzunda yerləşən, de yure Somalinin daxilində muxtar bölgə, de-fakto müstəqil dövlətdir – red) müstəqilliyini tanımağa hazır deyilik.

"Cebheinfo.az" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Hər şey araşdırılır. Biz bu məsələ üzərində işləyəcəyik. Biz çox şeylər üzərində işləyirik və mən böyük qərarlar qəbul edirəm. Bunlar düzgün qərarlardır. Həqiqətən Somalilənd haqqında məlumatı olan varmı?”, - Tramp əlavə edib.

Qeyd edək ki, ötən gün İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin Somaliləndi “müstəqil və suveren dövlət” kimi tanıdıqlarını açıqlamışdı.(Axar.az)

"Cebheinfo.az"

Chosen
12
2
cebheinfo.az

3Sources