EN

Trampdan kritik açıqlama: “Tezliklə...”

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Ukrayna böhranının həlli Prezident Voloadimir Zelenskinin mövqeyindən asılıdır.

“Cebheinfo.az”-ın məlumatına görə, Tramp bu barədə “Politico” nəşrinə müsahibəsində danışıb.

“Mən təsdiq edənə qədər onun heç nəyi yoxdur. Görək, onun başına nə gələcək”, - deyə ABŞ Prezidenti qeyd edib.

Bundan əvvəl media orqanları Trampın bu bazar günü Zelenskini Mar-a-Lago iqamətgahında qəbul edəcəyini bildirmişdi.

Eyni zamanda, ABŞ Prezidenti Rusiya lideri Vladimir Putinlə bütün məsələləri həll edəcəyinə ümid edir.

“Hesab edirəm ki, o, yaxşı olacaq. Düşünürəm ki, Putinlə də yaxşı olacaq”, - Tramp belə deyib.

O, əlavə edib ki, tezliklə Putinlə əlaqə saxlamağı və istədiyi qədər onunla danışmağı planlaşdırır.

Nəşr qeyd edir ki, Tramp və Zelenski arasındakı görüşdə təhlükəsizlik zəmanətlərindən əlavə, “Zaporojye” Atom Elektrik Stansiyasının idarə olunması və Donbasın ərazi nəzarəti məsələlərinə də diqqət yetiriləcək.

Chosen
50
1
cebheinfo.az

2Sources