EN

Yuventus u bu kluba dəyişəcək

ain.az, sport24.az portalına istinadən məlumat yayır.

"Yuventus"un qapıçısı Mattia Perin A Seriyasında klubunu dəyişəcək. Sport24.az xəbər verir ki, italiyalı qolkiper "Cenoa"ya keçəcək.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Artıq klublar arasında razılıq əldə olunub. 33 yaşlı "əlcək sahibi" yanvar ayında "mavi-qırmızılar"ın düşərgəsinə qoşulacaq.

Qeyd edək ki, "Yuventus" Mattia Perini 2018-ci ilin yayında məhz "Cenoa"dan transfer edib. İtaliya millisinin üzvü bu mövsüm Turin təmsilçisinin heyətində 4 rəsmi matçda meydana çıxıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
48
5
sport24.az

8Sources