Biləsuvar rayonunda 51 yaşlı qadın iş yerində ölüb.
Avtosfer.az xəbər verir ki, hadisə rayon mərkəzində, M. İbrahimov küçəsində yerləşən gözəllik salonunda qeydə alınıb.
Belə ki, rayon sakini, 1974-cü il təvəllüdlü Məmmədova İlhamə Ümüdvar qızı çalışdığı gözəllik salonunda qəfil dünyasını dəyişib.
İlkin ehtimala görə, qadının ölümünə ürəktutma səbəb olub.
Faktla bağlı araşdırma aparılır./unikal