"Marsel" klubu yeni transfer axtarışına başlayıb.
QOL.az xəbər verir ki, "goal.com"un məlumatına görə, Fransa təmsilçisinin bu addımı komandanın hücumçusu Meyson Qrinvudun yükünü azaltmaq məqsədi daşıyır. Klub rəhbərliyi futbolçunun oyun performansından xeyli razı qalsa da, onun zədələnmə ehtimalını və yorğunluğunu nəzərə alaraq alternativ variant nəzərdən keçirilir.
Bildirilir ki, klubun skautları Portuqaliyanın "Rio Ave" klubunda çıxış edən Andre Luizi yaxından izləyirlər. Baş məşqçi Roberto De Zerbinin də bu keçidə müsbət yanaşdığı bildirilir.
Qeyd edək ki, 23 yaşlı braziliyalı cinah oyunçusu cari mövsümdə 16 oyunda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.