EN

Qvardiola mümkün transferlərdən DANIŞDI

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola qış transfer pəncərəsində klubun mümkün transferləri ilə bağlı sualı cavablandırıb.

Bizim.Media xəbər verir ki, mütəxəssis yeni futbolçular alacaqlarını istisna etməyib:

"Hər şey ola bilər. Keçən mövsümün əvvəlində qış transfer pəncərəsindən əvvəl, 4 və ya 5 oyunçu ilə müqavilə bağladığımız zaman bu qədər zədəli futbolçumuz olacağını təsəvvür edə bilməzdim".

2024/2025 qış transfer pəncərəsində "Mançester Siti" hücumçu Omar Marmuş, yarımmüdafiəçi Niko Qonsalezi, müdafiəçilər isə Abdukodir Xusanov, Vitor Reis və Cuma Banı transfer etmişdi.

Bizim.Media

Chosen
61
2
bizim.media

3Sources