EN

"Fənərbaxça"da "təmizlik" işləri: 7 futbolçu klubdan göndərilir

style='margin-bottom:10px;'>

"Fənərbaxça"da komandadan göndəriləcək futbolçuların siyahısı dəqiqləşib. 

QOL.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatında görə, İstanbul təmsilçisində baş məşqçi Domeniko Tedesko heyətdə düşünmədiyi 7 futbolçu ilə yaxın vaxtlarda yolların ayrılmasını planlaşdırır.

Hazırlanan hesabat əsasında ilk növbədə Cenk Tosun, İrfan Can Kahveci və Rodriqo Bekao ilə yolların ayrılması gündəmdədir. Klub bu üç futbolçudan özlərinə yeni komanda tapmalarını istəyib.

Bundan əlavə, komandada az oyun şansı qazanan qapıçı İrfan Can Eğribayat, Sebastyan Şimanski və hücumçu Yussef En-Nesyri də ya icarəyə, ya da tam transfer yolu ilə komandadan göndərilməsi gözlənilir. Həmin futbolçularla maraqlanan klublarla danışıqlar davam edir.

Mövsümün əvvəlindən bəri heç bir rəsmi oyunda forma geyinməyən Emre Morun da artıq forma geyinməyəcəyi məlum olub. 28 yaşlı futbolçunun müqaviləsinin qarşılıqlı razılaşma əsasında ləğv ediləcəyi bildirilir.

Bununla yanaşı, klub iki aydır zədədən əziyyət çəkən ingilis futbolçu Arçi Braun ilə də əməkdaşlığı bitirməyi planlaşdırır.

Chosen
60
3
teleqraf.com

4Sources