EN

Qazaxıstanda bir qrup alpinist itkin düşüb...

Qazaxıstanda iki alpinistlə birlikdə alpinizmə gedən turist ölü tapılıb.

SİA xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı məlumat verib.

Hazırda məlum olub ki, 24 dekabrda üç nəfər Almatı bölgəsində yerləşən Tyan-Şan zirvəsinə yola düşüb.

26 dekabr gecəsi turist qrupu ilə əlaqə kəsilib və bu, onların qohumlarının Fövqəladə Hallar Nazirliyinə müraciət etməsinə səbəb olub.

3700 metr yüksəklikdə axtarış zamanı alpinistlərdən biri ölü tapılıb.

Digər iki turist hələ də itkin düşüb. Onların qar uçqunu altında qalması ehtimalı var. Hazırda qrupda Rusiya vətəndaşlarının olub-olmadığı müəyyən edilir.

...Daha əvvəl Almaniyada dağ gəzintisinə çıxan turistlər ağacda ilişib qalmış paraşütçü aşkar ediblər. Paraşütçü təcili yardım xidmətləri tərəfindən xilas edilib.

Əli Babayev

Chosen
73
1
sia.az

2Sources