EN

Ermənistanın daxili siyasi gündəliyini Bakı diktə edir-erməni politoloq

Bu gün Azərbaycan və Türkiyə Ermənistanın daxili siyasi gündəliyini diktə edir.

Ölkə.az xəbər verir ki, bunu politoloq Ara Poqosyan deyib.

Onun sözlərinə görə, hakimiyyət daim suverenlik səviyyəsini artırdıqlarını iddia edir, lakin bu suverenlik heç vaxt indiki qədər pozulmayıb.

"Bunun bariz nümunəsi Ermənistan Konstitusiyasına Azərbaycanın tələbi ilə edilən dəyişiklikdir", - deyə ekspert bildirib.

Ekspertin fikrincə, rəhbərlik xarici zəifliyini daxili repressiyalarla kompensasiya edir.
Politoloqun fikrincə, regiondakı mövcud siyasi mühit mövcud Ermənistan hakimiyyətinin demək olar ki, bütün xarici aktyorlar üçün əlverişli olduğu təəssüratını yaradır. “Bu aktyorlar mövcud hakimiyyətdən faydalanırlar, çünki geniş mənada Ermənistan rəhbərliyi xarici qüvvələrin maraqlarına xidmət edir”, - o vurğualyıb.

 Mürtəza

Chosen
89
1
olke.az

2Sources