Məşhur müğənni Valeriya Yana Çurikovaya müsahibəsində diqqət çəkən açıqlamalar verib.
Milli.Az xəbər verir ki, o, müsahibəsində tanınmış rus prodüser İosif Priqojindən hamilə olduğunu etiraf edib.
Valeriyanın sözlərinə görə, o, 47 yaşında hamilə qalıb. Müğənni hamiləliyindən xəbərsiz olub. Bu proses onun ağır xəstələnməsi ilə üst-üstə düşüb. O, "dəhşətli" dozada antibiotik qəbul etdiyini qeyd edib. Buna görə də döl məhv olub və uşağın həyatını xilas etmək mümkün olmayıb.
"Dölün inkişafının dayandığını təxminən bir aylıq olanda anladıq. Amma bunu antibiotiklərlə müalicə olunanda təsəvvür belə edə bilməzdik. Dəhşətli bir infeksiyam var idi və 40 dərəcə temperaturda uzanmışdım. Heç nə edə bilməzdim. Kim düşünərdi ki, belə bir şey var? Xəbərsiz idim...",- o, deyib./Publika.az
Milli.Az
Məqaləyə dair fotomateriallar: