EN

Toy karvanında ağır qəza oldu - Ölənlər VAR



Biləsuvarda toy karvanında ağır yol-nəqliyyat hadisəsi baş verib. Ölən və xəsarət alanlar var.

Azia.az APA-ya istinadla məlumat verir ki, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində baş verib.

Toy karvanında hərəkətdə olan "Lexsus" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarından Mil-Muğan su kanalına aşıb.

İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb. Avtomobildə 6 qadın olub.

Hazırda hadisə yerində müvafiq qurumların əməkdaşları araşdırma aparılır.


Chosen
46
19
azia.az

10Sources