EN

Ronaldo karyerasındakı qol sayını 956-ya çatdırdı

“Əl-Nəsr” klubunun futbolçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının 11-ci turu çərçivəsində “Əl-Oxdud”a qarşı keçirilən oyunda dubla imza atıb.

90deqiqe.Az  xəbər verir ki, portuqaliyalı hücumçu qarşılaşmanın 32-ci dəqiqəsində hesabı açaraq komandasını önə çıxarıb. Bir qədər sonra isə yenidən fərqlənən Ronaldo ikinci qolunu vuraraq dublunu rəsmiləşdirib. Hazırda oyunda fasilədir və hesab 2:0 “Əl-Nəsr”in xeyrinədir. Qarşılaşmanın mətn yayımı mövcuddur.

Bu qollardan sonra Kriştiano Ronaldonun klub karyerası və Portuqaliya milli komandası daxil olmaqla, böyüklər səviyyəsində vurduğu qolların ümumi sayı 956-ya çatıb.

Chosen
27
90deqiqe.az

1Sources