EN

Virts “Liverpul” forması ilə ilk qolunu vurdu

“Liverpul”un futbolçusu Florian Virts İngiltərə klubunun heyətində ilk qolunu vurub.

90deqiqe.Az xəbər verir ki, almaniyalı yarımmüdafiəçi Premyer Liqanın 18-ci turunda “Vulverhempton”a qarşı keçirilən oyunda fərqlənib.

22 yaşlı futbolçu qarşılaşmanın birinci hissəsində rəqib qapısına yol tapıb. Bu oyun Virts üçün İngiltərə çempionatında 17-ci matç olub. O, daha əvvəl Premyer Liqada 1 məhsuldar ötürmə ilə yadda qalmışdı.

Ümumilikdə isə Florian Virts “Liverpul”un heyətində bütün turnirlərdə 23 oyunda iştirak edib, 1 qol vurub və 4 assist edib.

Chosen
24
90deqiqe.az

1Sources