Ölkədə hava şəraitinin kəskin dəyişməsi nəticəsində bir sıra bölgələrə qar yağışı davam edir. Xüsusən dağlıq ərazilərdə intensiv hava şəraiti daha kəskin hiss olunur.
Hazırda Gədəbəy rayonunun Qoşabulaq kəndinə şiddətli qar yağır.
Hazırda qarın qalınlığı 15 santmetrə çatıb.
Rayon mərkəzi ilə kəndi birləşdirən avtomobil yolunda hərəkətin təminatı isiqamətində işlər davam etdirilir. Gədəbəylə yanaşı Tovuz, Qazax rayonlarının ucqar kəndlərində də qar yağışı müşahidə olunmaqdadır.