Bayram yardımı adı altında vətəndaşa qarşı dələduzluq edilib... İsmayıllı rayonunda tənha yaşayan qadını aldadaraq ona saxta 120 manat pul veriblər...
"Xəzər Xəbər"in vatsap qaynar xəttinə müraciət edən rayon sakini Səlminaz Dadaşova deyir ki, evinə bir nəfər gəlib və özünü rəsmi qurumlardan birinin əməkdaşı kimi təqdim edərək ona bayram yardımı göndərildiyini bildirib. Elə olanlar da bundan sonra olub.
Yaşlı qadın daha sonra ona verilən pulla bazarlığa gedən zaman başına gələnlərdən agah olub.
Baş vermiş hadisə ilə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətindən sorğumuza verilən cavabda qeyd edilib ki, məsələ ilə hüquq-mühafizə orqanları məşğul olur, hazırda araşdırmalar gedir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov bildirib ki, məsələ artıq nəzarətə götürülüb və hadisə ilə əlaqəli olan şəxsin kimliyi müəyyən edilib.
Məsələ üzrə hüquqi müvafiq addımlar atılacaq və həmin şəxs məsuliyyətə cəlb ediləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.