EN

Suriyada məsciddə partlayış - 8 ölü, 18 yaralı » AzadMedia.az


Suriyanın Homs şəhərində məsciddə baş verən partlayış nəticəsində azı 8 nəfər ölüb, 18 nəfər yaralanıb.

Hadisə ələvilərin sıx məskunlaşdığı rayonda yerləşən məsciddə baş verib. Bu, ölkədə keçid hakimiyyəti qurulandan sonra ibadət məkanında baş verən ikinci partlayışdır. Bundan əvvəl, iyunda Dəməşqin bir kilsəsində intihar partlayışı nəticəsində 25 şəxs ölmüşdü.

Suriyanın daxili işlər naziri Ənəs Xəttab partlayışın arxasında duranların tezliklə tapılıb ədalət mühakiməsinə çıxarılacağını vəd edib. Bildirib ki, bu hadisə Suriyada təhlükəsizlik və sabitliyi sarsıtmaq məqsədi güdür.
Chosen
22
11
azadmedia.az

10Sources