EN

İş yerlərinin məhdudluğu işəgötürənlərin mövqeyini gücləndirir ŞƏRH

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Bu gün, təəssüf ki, insanların böyük əksəriyyəti, yəni sahibkar olmayan, muzdlu işçilər həyatlarını şəxsi rahatlıqlarına və sosial ehtiyaclarına uyğun deyil, mövcud iş yerlərinin diktə etdiyi şərtlərə uyğun qurmağa məcburdurlar. İnsanlar harada və necə yaşamaq istədiklərinə görə yox, harada iş tapa bildiklərinə görə qərar verməli olurlar. Bu isə əmək bazarında sağlam münasibətlərin formalaşmasına mane olur”. Bunu Demokrat.az-a açıqlamasında sosioloq Əhməd Rəhmanov deyib.O, bildirib ki, iş yerlərinin məhdudluğu işəgötürənlərin mövqeyini gücləndirir və bu da bir çox hallarda işçilərin istismarına yol açır:"İşçi alternativinin az olması səbəbindən uzun iş saatları, qeyri-sabit əmək müqavilələri, əlavə ödənişsiz iş yükü və digər qeyri-ədalətli şərtlərlə barışmaq məcburiyyətində qalır. Digər tərəfdən, əmək bazarına nəzarətin əsasən sənədlər üzərindən aparılması real vəziyyəti əks etdirmir. Faktiki yoxlamaların, effektiv monitorinq mexanizmlərinin zəifliyi sosial bərabərliyin pozulmasına səbəb olur. Bu vəziyyət həm işçilərin hüquqlarının qorunmasını çətinləşdirir, həm də əmək bazarında qeyri-rəsmi münasibətlərin genişlənməsinə şərait yaradır".Sosioloq bildirib ki, əgər bu sahədə sistemli və real nəzarət mexanizmləri gücləndirilməzsə, mövcud sosial bərabərsizlik dərinləşəcək və gələcəkdə daha ciddi sosial-iqtisadi problemlərə yol aça bilər".Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
36
demokrat.az

1Sources