EN

Putin: Kiyev sülh istəməsə, Rusiya məqsədlərinə hərbi yolla nail olacaq - YENİLƏNİB

Qərb Ukraynaya əlverişli təhlükəsizlik şərtləri, ölkənin bərpası və Rusiya ilə münasibətlərin normallaşdırılmasını təklif edir, lakin Kiyev münaqişənin sülh yolu ilə həllində maraqlı deyil.

APA-nın Moskva bürosunun məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Qoşun Qruplaşmasının komanda məntəqəsində hərbçilərlə görüşü zamanı bildirib.

Putin vurğulayıb ki, Rusiyanın Ukrayna qoşunlarının hazırda nəzarətində olan ərazilərdən, o cümlədən Donetsk vilayətinin bəzi hissələrindən könüllü şəkildə çıxarılmasında marağı faktiki olaraq yoxdur.

“Əgər Kiyev münaqişəni sülh yolu ilə həll etmək istəməzsə, Moskva Xüsusi Hərbi Əməliyyatın məqsədlərinə hərbi yolla nail olacaq”, – deyə Rusiya Prezidenti qeyd edib.

Putin həmçinin Rusiya–Ukrayna sərhədi boyunca bufer zonanın yaradılması prosesinin yaxşı templə davam etdiyini bildirib.

***
21:20

Rusiya prezidenti Vladimir Putin Birləşmiş Qoşun Qruplaşmasının komanda məntəqəsini ziyarət edib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Putin komanda məntəqəsində Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun məruzəsini dinləyib.

Putinə "Donetsk Xalq Respublikası"nın (Ukraynanın Donetsk vilayəti -red) Dimitrov şəhərinin, Zaporojye vilayətinin Qulyaypole şəhərinin ələ keçirildiyi məruzə olunub.

Chosen
27
5
apa.az

7Sources