Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı prezident Rəcəb Teyyub Ərdoğanın ünvanına təriflər yağdırıb. Siyasətçi ölkə başçısını 16-cı əsrdə yaşamış böyük Osmanlı hökmdarı Qanuni Süleymanla müqayisə edib. Metbuat.az xəbər verir ki, MHP sədri Türkiyənin Hatay vilayətində zəlzələdən sonra inşa olunmuş yeni yaşayış massivinin açılışında iştirak edib. O, qısa müddət ərzində müasir standartlara cavab verən gözəl şəhər inşa edildiyini vurğulayıb: "Zəlzələ minlərlə insanın həyatına son verən, onminlərlə adamı evsiz qoyan dəhşətli təbii fəlakət idi. O vaxt niyyəti qara olan bəzi qüvvələr zəlzələdən dövlətə və hökumətə qarşı istifadə etmək istəyirdilər. Amma iqtidar-xalq birliyi bu təxribatların baş tutmasına imkan vermədi". Dövlət Baxçalı qısa müddət ərzində görülən işləri Türkiyə hakimiyyətinin uğuru kimi qiymətləndirib: "Hörmətli prezidentimiz Rəcəb Teyyub Ərdoğan dövrümüzün Sultan Suleymani, ekologiya naziri Murat Kim isə zəmanəmizin Memar SinanIdır. Bu insanların zəhməti sayəsində Hatayda zəlzələnin izləri silinib. Hər iki görkəmli dövlət adamını, nazirlərimizi ürəkdən təbrik edirəm".