EN

Mask: ABŞ birpartiyalı dövlətə çevrilmək riski ilə üz üzədir

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ radikal solçu siyasətçilərin qeyri-qanuni miqrasiyaya dəstək verməsi nəticəsində demokratiyanı itirərək birpartiyalı dövlətə çevrilə bilər.

Bizimyol.info xəbər verir ki, bu fikirləri amerikalı iş adamı və milyarder İlon Mask səsləndirib.

Mask "X" sosial şəbəkəsindəki paylaşımında bildirib ki, radikal sol qüvvələr uzun müddətdir müxtəlif dövlət proqramlarından sui-istifadə edərək böyük sayda qeyri-qanuni, eləcə də bəzi hallarda qanuni miqrantları ölkəyə cəlb edir və onların ABŞ-da qalmasını təmin edirlər. Onun fikrincə, bu addımlar seçkilərdə üstünlük qazanmaq və ölkədə real demokratik sistemi zəiflətmək məqsədi daşıyır.

“Bu prosesə nə qədər uzun müddət baxırsansa, vergilərin hansı məqsədlərə xərcləndiyini və əgər bu tendensiya dayandırılmasa, səsinin gələcəkdə heç bir əhəmiyyət daşımayacağını bir o qədər aydın görürsən”, – deyə Mask vurğulayıb.

Milyarder hesab edir ki, oxşar siyasi və demoqrafik proseslər təkcə ABŞ-da deyil, Avropa ölkələrində, Böyük Britaniyada, Kanadada, Avstraliyada və Yeni Zelandiyada da müşahidə olunur.

ABŞ Prezidenti Donald Tramp da dəfələrlə bəyan edib ki, onun hakimiyyətə gəlməsindən əvvəl ölkəyə təxminən 25 milyon nəfər qeyri-qanuni yolla daxil olub. Tramp immiqrasiya siyasətinin sərtləşdirilməsini vacib hesab edir və bu istiqamətdə konkret addımlar atacağını bildirib. İnauqurasiyadan sonra o, ABŞ–Meksika sərhədində fövqəladə vəziyyət rejiminin tətbiqi ilə bağlı sərəncam imzalayıb.

Prezidentin sözlərinə görə, administrasiya ABŞ tarixində ən genişmiqyaslı qeyri-qanuni miqrantların deportasiyası əməliyyatını həyata keçirməyi planlaşdırır. Bununla belə, Trampın siyasi rəqibləri onun administrasiyasını miqrantlara qarşı həddindən artıq sərt və humanitar normalara zidd addımlar atmaqda ittiham edirlər.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
78
bizimyol.info

1Sources