EN

Bu ölkələr İranla müharibə aparır -

ABŞ, İsrail və Avropa faktiki olaraq İrana qarşı müharibə aparır.Metbuat.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian ali dini lider Ayətullah Əli Xameneinin saytında dərc olunmuş müsahibəsində ifadə edib. "Mənim fikrimcə, biz Amerika, İsrail və Avropa ilə tammiqyaslı müharibə vəziyyətindəyik. Onlar istəmirlər ki, ölkəmiz möhkəm şəkildə ayaqda dursun", – deyə o bildirib.

Pezeşkianın sözlərinə görə, İranın hərbi qüvvələri əvvəlki hücumlar zamanı olduğundan xeyli güclənib. O əlavə edib ki, yeni zərbələr olacağı təqdirdə, Tehran "daha qətiyyətli cavab" verməyə hazırdır.

Chosen
47
17
metbuat.az

10Sources