EN

Heç kimə belə övlad arzulamıram : Kübra Əliyeva ölən oğlu barədə nəyi etiraf etdi?

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Baku TV-nin "Qapqara" verilişinin budəfəki qonağı Əməkdar artist Kübra Əliyeva olub.

O, ağır xəstəliklə mübarizəsindən və yaşadığı çətinliklərdən söz açıb:

"Xərçəng idim. Bu xəstəlik evimi yıxmışdı. Amma əməliyyat olundum, sağaldım. Həmin dövrdə yaşadığım çətinlikləri düşmənimə belə arzulamıram. Çox əziyyət çəkirdim. Buna baxmayaraq, həyatı sevirəm. Hər gün Allaha şükür edirəm. Ölümə hazıram. Arzular tükənməz olsa da, həyatın bir sonu var".

Əməkdar artist, həmçinin itirdiyi oğlu ilə bağlı xatirələrini bölüşüb və gənclərə mühüm tövsiyələr verib:

"Oğlum Raufu heç vaxt unutmaram. O vaxt indiki kimi reabilitasiya mərkəzləri olsaydı, Rauf da sağ olardı. Mənim üç övladım olub. Hamısına eyni tərbiyəni vermişəm. Amma Rauf pis mühitə düşdüyü üçün narkotikə qurşandı. Gənclərə belə insanlardan uzaq durmağı tövsiyə edirəm. Çünki bu yolun geri dönüşü yoxdur. Heç kimə belə övlad arzulamıram".

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
31
8
cebheinfo.az

9Sources