EN

Serbiya yaxın gələcəkdə pilotsuz uçan aparatların istehsalına başlayacaq

Bakı. Trend:

Serbiya Prezidenti Aleksandar Vuçiç qlobal gərginliyin artmasıvə milli təhlükəsizliyin gücləndirilməsi zərurəti səbəbindən ölkədəpilotsuz uçuş aparatlarının (PUA) genişmiqyaslı istehsalınabaşlanacağını elan edib.

Trend xəbər verir ki, o, bubarədə Müdafiə Nazirliyi və Serbiya Silahlı Qüvvələrinin BaşQərargahı üçün yeni kompleksin təməlqoyma mərasimində jurnalistlərəbildirib.

"Biz çoxlu sərmayə qoyuruq. Ehtiyatımızda nə qədər dron olduğunugörüb təəccüblənəcəksiniz. Mart ayının sonunda böyük bir dronistehsalı zavodunun açılışını gözləyirəm. İstehsal burada,Serbiyada təşkil ediləcək", - deyə dövlət başçısı qeyd edib.

Chosen
72
2
az.trend.az

3Sources