EN

Almaniya Müdafiə Komitəsi: Ukrayna hərbi yardımı yalnız NATO çərçivəsində olmalıdır

BAKI, 28 dekabr. TELEQRAF

Ukraynada sülhün təmin edilməsi və Almaniya qoşunlarının göndərilməsi yalnız NATO çərçivəsində mümkündür.

Teleqraf xəbər verir ki, bunu Bundestaqın Müdafiə Komitəsinin sədri Mari-Agnes Strack-Zimmermann deyib.

"Almaniya Ukraynada potensial sülh nizamlanmasına dəstək verməkdə mütləq hərbi cəhətdən iştirak etməlidir. Lakin bu, yalnız NATO çərçivəsində olmalıdır, çünki NATO bizim təhlükəsizlik siyasətimizin yeganə təməlidir".

O həmçinin vurğulayıb ki, Şimali Atlantika Alyansı daxilində parçalanmaya yol verilməməlidir.

Siyasətçinin mövqeyi Avropa Xalq Partiyasının və Avropa Parlamentindəki fraksiyasının rəhbəri Manfred Veberin (Xristian Sosial Birliyi, CSU) Ukraynada Avropa bayrağı altında sülh yolu ilə həllin təmin edilməsində Almaniya hərbçilərinin iştirakının lehinə olan açıqlamaları ilə ziddiyyət təşkil edir.

Chosen
79
teleqraf.com

1Sources