EN

Pezeşkian: “Ölkəmiz müharibə vəziyyətindədir”

“İran ABŞ, Avropa və İsrail ilə tammiqyaslı müharibə vəziyyətindədir”

Publika.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian "Khamenei.ir" saytına verdiyi müsahibədə deyib.

O, İrana təzyiqlərin hərtərəfli olduğunu və iqtisadi, hərbi, siyasi, informasiya və güc vasitələrini əhatə etdiyini bildirib.

Ölkədəki mövcud vəziyyəti 8 illik İran-İraq müharibəsindən daha mürəkkəb adlandıran Pezeşkian, hazırda bunun iqtisadiyyata, təhlükəsizliyə, mədəniyyətə və vətəndaşların gündəlik həyatına eyni vaxtda təsir etdiyini qeyd edib.

Chosen
31
17
publika.az

10Sources