EN

İsveçdə qasırğa baş verib, ölənlər var

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 28 dekabr, AZƏRTAC

İsveçdə baş verən “Yohannes” qasırğası nəticəsində iki nəfər həlak olub, 40 mindən çox ev elektriksiz qalıb, minlərlə ağac isə yolları bağlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Dagens Nyheter” qəzeti məlumat yayıb.

Bildirilir ki, ölkənin əksər bölgələrində güclü küləklər müşahidə olunur, bəzi ərazilərdə küləyin sürəti saniyədə 45 metri ötür.

Yıxılan ağaclar əsas magistral və yerli yollarda çoxsaylı tıxaclara səbəb olub. “Təkcə İsveçin mərkəzi hissəsində mindən çox ağac yıxılıb. Bəzi ərazilərdə işləri müvəqqəti dayandırmışıq, çünki bu, ağacları təmizləyənlər üçün təhlükəlidir”, – deyə Nəqliyyat İdarəsinin sözçüsü Denni Eriksson bildirib. Qurum sürücüləri qasırğa səngiyənədək evdə qalmağa çağırıb.

Qasırğa başlamazdan əvvəl Nəqliyyat İdarəsi ölkənin mərkəzi və şimal bölgələrində dəmir yolu hərəkətinin dayandırıldığını elan etmişdi. Əlverişsiz hava şəraiti ilə əlaqədar bir neçə marşrut üzrə dəniz bərə xidmətləri də ləğv edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
48
4
azertag.az

5Sources