EN

Boranının bu faydalarını çoxları bilmir

Payız–qış mövsümünün ən faydalı tərəvəzlərindən biri olan boranı (balqabaq) həm qida dəyəri, həm də sağlamlığa verdiyi töhfələrlə seçilir. Metbuat.az xəbər verir ki, asan həzm olunması, zəngin vitamin tərkibi və az kalorili olması boranını həm böyüklər, həm də uşaqlar üçün ideal qida halına gətirir. Mütəxəssislər boranının mütəmadi istifadəsinin bir çox sağlamlıq probleminin qarşısını aldığını bildirirlər. Boranı ilk növbədə immun sistemini gücləndirən tərəvəzlər sırasındadır. Tərkibindəki A, C və E vitaminləri orqanizmi infeksiyalara qarşı qoruyur, mövsümi soyuqdəymə və qrip riskini azaldır. Xüsusilə A vitamini göz sağlamlığı üçün vacib hesab olunur və görmə qabiliyyətinin zəifləməsinin qarşısını almağa kömək edir.Bu tərəvəz həzm sisteminə müsbət təsiri ilə də tanınır. Liflə zəngin olan boranı bağırsaqların fəaliyyətini tənzimləyir, qəbizliyin qarşısını alır və mədə-bağırsaq sisteminin sağlam işləməsinə şərait yaradır. Asan həzm olunduğu üçün pəhriz saxlayanlar və mədə problemi olan şəxslər üçün də tövsiyə olunur.Boranı həmçinin ürək-damar sağlamlığı üçün faydalıdır. Tərkibindəki kalium qan təzyiqinin normallaşmasına kömək edir, xolesterin səviyyəsinin tənzimlənməsində rol oynayır. Antioksidant maddələr isə damarların qorunmasına və ürək xəstəlikləri riskinin azalmasına şərait yaradır.Mütəxəssislərin sözlərinə görə, boranı çəki nəzarətində də mühüm rol oynayır. Az kalorili və doyurucu olması uzun müddət toxluq hissi yaradır. Bu xüsusiyyətinə görə boranı pəhriz menyularında tez-tez yer alır. Eyni zamanda maddələr mübadiləsini sürətləndirərək orqanizmdə yağ yığılmasının qarşısını alır.Boranın dəri və saç sağlamlığına da müsbət təsiri var. Tərkibindəki vitaminlər dərinin elastikliyini artırır, quruluğun qarşısını alır və saçların möhkəmlənməsinə kömək edir. Xalq təbabətində boranı şirəsi və püresindən dəri üçün maska kimi də istifadə olunur.Qeyd edilir ki, boranı həm də sinir sistemini sakitləşdirən təsirə malikdir. Tərkibindəki maqnezium və B qrup vitaminləri stressin azalmasına, yuxu keyfiyyətinin yaxşılaşmasına kömək edir.

Mütəxəssislər boranını qaynadılmış, buğda bişirilmiş, şorba, püre və ya sobada hazırlanmış formada istifadə etməyi tövsiyə edirlər. Şirniyyatlarda və desertlərdə də istifadə olunan boranı həm dadlı, həm də faydalı qida hesab olunur.

Chosen
52
36
metbuat.az

10Sources