EN

ABŞ Konqresinin saytında 907-ci düzəlişin ləğvi barədə qanun layihəsininMƏTNİ YERLƏŞDİRİLİB

ABŞ Konqresinin saytında Azərbaycana yardımla bağlı məhdudiyyətin(907-ci düzəliş) ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib.

 

Senzor.az-ın məlumatına görə, mətndə göstərilir ki, Azərbaycan Respublikası müstəqillik qazandığı gündən bu yana ABŞ və onun tərəfdaşları üçün möhkəm müttəfiq olaraq qalıb, müharibə və sülh dövründə mühüm əməkdaşlıq həyata keçirib. 

 

Qeyd olunur ki, Azərbaycan Cənubi Qafqazda sülhün prioritet olduğunu açıq şəkildə nümayiş etdirib və müvafiq sərhədlər, ərazi bütövlüyü Azərbaycan və Ermənistan tərəfindən razılaşdırılan sülh sazişi ilə təsbit olunub.

 

Bu baxımdan qanun layihəsinə əsasən, Azadlığa Dəstək Aktının 907-ci maddəsi ləğv edilir və həmin maddə ilə əlaqəli bənd qanunun mündəricatından çıxarılır.

 

Qanun layihəsi Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Luna Anna Paulina tərəfindən dekabrın 9-da Konqresə təqdim edilib.

Chosen
25
36
senzor.az

10Sources