EN

Lavrov: Rusiya Tayvanın müstəqilliyinə istənilən formada qarşıdır

BAKI, 28 dekabr. TELEQRAF

Rusiya Tayvanın müstəqilliyini istənilən formada rədd edir və adanı Çinin ayrılmaz hissəsi kimi tanıyır.

Teleqraf xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2025-ci ilin yekunlarına dair TASS-a verdiyi müsahibədə bildirib.

Nazir vurğulayıb ki, Moskvanın Tayvan məsələsi ilə bağlı prinsipial mövqeyi yaxşı məlumdur, dəyişməz olaraq qalır və dəfələrlə ən yüksək səviyyədə təsdiqlənib:

“Rusiya tərəfi Tayvanı Çinin ayrılmaz hissəsi kimi tanıyır və adanın müstəqilliyinə istənilən formada qarşı çıxır”, – o qeyd edib.

Sergey Lavrov əlavə edib ki, Rusiya Tayvan problemini Çin Xalq Respublikasının daxili işi hesab edir.

Onun sözlərinə görə, Pekin öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün bütün qanuni əsaslara malikdir.

Chosen
71
2
teleqraf.com

3Sources