EN

İsveçdə qasırğa nəticəsində 40 mindən çox ev elektriksiz qalıb

Bakı. Trend:

İsveçdə baş verən “Yohannes” qasırğası nəticəsində iki nəfərhəlak olub, 40 mindən çox ev elektriksiz qalıb, minlərlə ağac isəyolları bağlayıb.

Trend xəbər verir ki, bubarədə “Dagens Nyheter” qəzeti məlumat yayıb.

Bildirilir ki, ölkənin əksər bölgələrində güclü küləklərmüşahidə olunur, bəzi ərazilərdə küləyin sürəti saniyədə 45 metriötür.

Yıxılan ağaclar əsas magistral və yerli yollarda çoxsaylıtıxaclara səbəb olub. “Təkcə İsveçin mərkəzi hissəsində mindən çoxağac yıxılıb. Bəzi ərazilərdə işləri müvəqqəti dayandırmışıq, çünkibu, ağacları təmizləyənlər üçün təhlükəlidir”, – deyə Nəqliyyatİdarəsinin sözçüsü Denni Eriksson bildirib. Qurum sürücüləriqasırğa səngiyənədək evdə qalmağa çağırıb.

Qasırğa başlamazdan əvvəl Nəqliyyat İdarəsi ölkənin mərkəzi vəşimal bölgələrində dəmir yolu hərəkətinin dayandırıldığını elanetmişdi. Əlverişsiz hava şəraiti ilə əlaqədar bir neçə marşrut üzrədəniz bərə xidmətləri də ləğv edilib.

Chosen
29
4
az.trend.az

5Sources