EN

Çiçəklənən separatizim yuvası

“Amerika silahları adaya satıldıqdan sonra Tayvan “barıt çəlləyi”nə çevrilə bilər”.

Publika.az xəbər verir ki, bunu Vaşinqtondakı Çin səfirliyinin sözçüsü Liu Pengyu “RİA Novosti”yə bildirib.

O qeyd edib ki, Tayvan qüvvələri separatçı gündəmi təşviq etməklə hərbi güclərini artırmağa çalışırlar.

"Separatçı qüvvələr vergi ödəyicilərinin pullarını silah alışına sərf edir və hətta Tayvanı “barıt çəlləyi”nə çevirmək riskini daşıyırlar", - deyə o bildirib.

Daha əvvəl Çin Xarici İşlər Nazirliyi Tayvana silah tədarükü ilə əlaqədar iyirmi Amerika müdafiə şirkətinə qarşı sanksiyalar elan etmişdi. Dərc olunmuş məlumata görə, məhdudiyyətlər 26 dekabrda qüvvəyə minir və həm təşkilatların özünə, həm də onların on rəhbərinin üzərinə düşür.

Chosen
84
publika.az

1Sources