EN

Bakdan Moskvaya uçan təyyarədə HƏYƏCANLI ANLAR yaşandı

Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

27 dekabr axşamı Bakıdan Moskvaya yola düşən “Aeroflot” aviaşirkətinə məxsus sərnişin təyyarəsi paytaxt hava limanlarından birinə eniş edə bilməyib və məcburi qaydada Sankt-Peterburq hava limanına yönləndirilib.Bizim.Media xəbər verir ki, reys Bakıdan saat 19:55-də havaya qalxıb, lakin Moskvada yaranmış mürəkkəb şərait səbəbindən uçuş planı dəyişdirilib.Azərbaycan mediasının məlumatına görə, hazırda həmin reysin sərnişinləri Sankt-Peterburq hava limanında saxlanılır və Moskvaya növbəti reysə köçürülməni gözləyirlər. Bildirilir ki, vəziyyət təkcə bu reyslə məhdudlaşmır.Qeyd olunur ki, gün ərzində Moskvanın əsas hava limanlarında - Şeremetyevo, Domodedovo və Vnukovoda onlarla reys gecikdirilib və ya ləğv edilib. Mövcud durumun kütləvi xarakter daşıdığı vurğulanır.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
40
4
bizim.media

10Sources