EN

“Qəzzada dayanıqlı sülhün bərqərar olmasından danışmaq tezdir” - Lavrov

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qəzza sektorunda vəziyyət qeyri-sabit olaraq qalır və dayanıqlı sülhün təmin edildiyini demək hələ tezdir.

Redaktor.az xəbər verir ki, o, bu barədə TASS-a 2025-ciilin yekunlarına dair müsahibəsində danışıb.

“Qəzzada vəziyyət hələ də kövrəkdir. Dayanıqlı sülhün bərqərar olmasından danışmaq tezdir”, – deyə nazir vurğulayıb.

Lavrov əlavə edib ki, atəşkəs rejiminin pozulması ilə bağlı məlumatlar mütəmadi daxil olur, humanitar yardımın gətirilməsi və paylanması isə ciddi məhdudiyyətlərlə üzləşir.

Chosen
53
6
redaktor.az

7Sources