EN

Mərkəzi Afrika Respublikasında ümumi seçkilər üzrə səsvermə başlayıb

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Mərkəzi Afrika Respublikasında ümumi seçkilər üzrə səsvermə başlayıb və ölkədə səsvermə hüququna malik olan təxminən 2,4 milyon vətəndaş prezident, parlament deputatları və yerli özünüidarəetmə orqanlarının nümayəndələrini seçməlidir.

APA xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Ölkə üzrə ümumilikdə 6,7 min seçki məntəqəsi təşkil olunub. Seçki məntəqələri yerli vaxtla saat 06:00-da açılıb və saat 18:00-dək fəaliyyət göstərəcək.

Dövlət başçısı vəzifəsinə yeddi namizəd iddia edir. Onların arasında hazırkı prezident Faustin-Archange Touadéra da var. O, 2016 və 2020-ci illərdə keçirilən seçkilərdə qalib gəlib. 2023-cü ilin yayında referendum yolu ilə qəbul edilən yeni konstitusiya ona üçüncü dəfə namizədliyini irəli sürmək hüququ verib. Prezidentlik müddəti yeddi ildir. Əgər birinci turda namizədlərdən heç biri 50 faiz üstəgəl bir səs toplamasa, ikinci tur keçiriləcək.

Ekspertlərin fikrincə, qələbə şansı ən yüksək olan namizəd məhz Tuaderadır. O, sol-mərkəzçi “Birləşmiş Ürəklər Hərəkatı” partiyasından namizədliyini irəli sürüb. Onun əsas rəqibləri keçmiş baş nazirlər Anis-Jorj Dolougelé (1999–2001-ci illərdə vəzifədə olub) və Anri-Mari Dondra (2021–2022-ci illərdə baş nazir olub) hesab edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
3
apa.az

4Sources